Bu gün Gürcüstanın Qori şəhərində cüdo üzrə klublar arasında Avropa Çempionlar Liqası turniri keçiriləcək.
Fanat.Az xəbər verir ki, yarışda Azərbaycan millisinin dörd üzvü də iştirak edəcək.
Orxan Səfərov (66 kq) və Hidayət Heydərov (73 kq) Yunanıstanın "Aris", Rüstəm Orucovla (73 kq) Səid Mollayi (81 kq) isə Serbiyanın "Srvena Zvezda" klubunun heyətində çıxış edəcək.
"Srvena Zvezda" ilk mərhələdə Gürcüstanın "AREA", "Aris" Fransanın "SGS" kollektivləri ilə üz-üzə gələcək.
Kişilərin yarışında ümumilikdə 8 klub mübarizə aparacaq.