2-5 dekabrda Bakı İdman Sarayında cüdo üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatı keçiriləcək.
Federasiyadan Fanat.Az-a verilən məlumata görə, yarışda 400-ə yaxın cüdoçu mübarizə aparacaq.
Çempionatın fərdi yarışları 2-4 dekabrda, komanda yarışı isə 5 dekabrda baş tutacaq.
Yarış hər gün saat 10:00-da başlayacaq. Final görüşləri saat 16:30-da start götürəcək.
Çempionatı canlı judo.az saytından izləmək mümkün olacaq.
Qeyd edək ki, yarışın açılış mərasimi dekabrın 3-də saat 16:00-da təşkil olunacaq. Arenaya giriş sərbəstdir.