Respublika dərəcəli hakim, veteran futbolçu Elçin Sultanov vəfat edib.
Fanat.Az xəbər verir ki, Tovuz futbolunun yetirməsi olan keçmiş yarımmüdafiəçi SSRİ vaxtı Zaqatalanın “Daşqın” və Ağdamın “Məhsul” klublarında çıxış edib.
1974-cü ildən peşəkar hakimliklə məşğul olan Elçin Sultanov sonradan hakim-inspektor kimi fəaliyyətini davam etdirib.