Azərbaycan şahmatçısı Məhəmməd Muradlı "MrDodgy Invitational 3.0" onlayn blits turnirinin pley-off mərhələsinə yüksəlib.
Fanat.Az xəbər verir ki, 19 yaşlı qrossmeyster öz yarımqrupunda 11,5 xal toplayıb və 15 rəqibini qabaqlayaraq birinci yeri tutub.
Bundan əvvəl öz qrupunda üçüncü olan Rauf Məmmədov da pley-offa yüksəlib.
Pley-off cütlükləri daha sonra müəyyənləşəcək