Cüdo üzrə 2023-cü ildə keçiriləcək bir çox beynəlxalq yarışların təqvimi müəyyənləşib.
Fanat Az xəbər verir ki, ilə 27-29 noyabrda Portuqaliyanın Almada şəhərində Qran Pri turniri ilə start veriləcək.
Ardınca 4-5 fevralda Fransanın paytaxtı Parisdə "Böyük Dəbilqə" turniri baş tutacaq. Təqvimdə son turnir isə 2-3 dekabrda Tokioda təşkil olunacaq "Böyük Dəbilqə"dir.
Ümumilikdə təqvimdə 9 "Böyük Dəbilqə", 3 Qran Pri, 1 "Dünya Ustaları" turniri yer alıb.
"Böyük Dəbilqə"lərdən birinə yenə Azərbaycan paytaxtı Bakı ev sahibliyi edəcək. Lakin yarışın dəqiq tarixi hələlik məlum deyil.
Dünya çempionatı 7-14 mayda Qətərin paytaxtı Dohada, Avropa çempionatı 3-5 noyabrda Fransanın Monpelye şəhərində keçiriləcək.