Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, “Sabah”ın U-17 komandasına qarşı keçirilmiş qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
U-16-nın heyətində 19-cu dəqiqədə Şahismayıl Cəfərov fərqlənib.