Azərbaycan şahmatçısı Rauf Məmmədov "MrDodgy Invitational 3.0" onlayn blits turnirində 1/4 finala yüksəlib.
Fanat.Az xəbər verir ki, Məmmədov 1/8 finalda fransalı Maksim Laqardla üz-üzə gəlib və rəqibini 6,5:2,5 hesabı ilə yenib.
34 yaşlı qrossmeysterin növbəti rəqibi rusiyalı Daniil Dubov olacaq.
1/4 finalın iştirakçıları arasında norveçli dünya çempionu Maqnus Karlsen də var.