2022/23 mövsümündə ölkəmizi Çağırış Kubokunda təmsil edəcək qadın voleybolçulardan ibarət “Azərreyl” klubu 1/32 final mərhələsində Slovakiyanın “Slaviya” komandası ilə qarşılaşacaq.
Fanat.Az xəbər verir ki, hər iki oyun Bakıda keçiriləcək.
Noyabrın 29-dakı qarşılaşmada “Azərreyl”, ertəsi gün isə rəqib meydan sahibi sayılacaq.
Hər iki matç Dərnəgül Voleybol Mərkəzində saat 18:00-da başlayacaq.