Misli Premyer Liqasının XV turu çərçivəsində keçirilən "Şamaxı" - "Kəpəz" görüşü (1:1) az əvvəl başa çatıb.
Fanat.Az xəbər verir ki, oyunun sonlarına yaxın qalmaqal yaşanıb.
Meydanın mərkəzində baş verən qayda pozuntusu zamanı iki komandanın futbolçuları arasında gərginlik baş verib. İnsident az qala əlbəyaxa davaya çevriləcəkdi. Lakin komandaların məşqçiləri və texniki heyətinin müdaxiləsindən sonra ara sakitləşib.
Matçın baş hakimi Əliyar Ağayev qalmaqalda iştirak edən futbolçuları - "Şamaxı"dan Adil Nağıyevlə Bahadur Həziyevi, "Kəpəz"dən isə Yeqor Xvalko və Giorgi Kantariyanı sarı vərəqə ilə cəzalandırıb.