Azərbaycanın qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün Çağırış Kubokunda mübarizəyə başlayır.
Fanat.Az xəbər verir ki, "dəmiryolçular" 1/32 final mərhələsində Slovakiyanın “Slaviya” komandası ilə qarşılaşacaq.
Bakıdakı Voleybol Mərkəzində keçiriləcək oyun saat 18:00-da başlayacaq.
Komandalar arasında cavab matçı isə sabah baş tutacaq.
Bugünkü qarşılaşmada “Azərreyl”, ertəsi gün isə rəqib meydan sahibi sayılacaq.