Azərbaycan şahmatçısı Məhəmməd Muradlı "MrDodgy Invitational 3.0" onlayn blits turnirində mübarizəni dayandırıb.
Fanat.Az xəbər verir ki, son Azərbaycan çempionatının qalibi olan 19 yaşlı qrossmeyster 1/8 finalda argentinalı Alan Piçotla üz-üzə gəlib və rəqibinə 2:7 hesabı ilə uduzub.
Xatırladaq ki, daha əvvəl Rauf Məmmədov fransalı Maksim Laqardı yenərək adını 1/4 finala yazdırıb. 34 yaşlı qrossmeysterin növbəti rəqibi rusiyalı Daniil Dubov olacaq.
1/4 finalın iştirakçıları arasında norveçli dünya çempionu Maqnus Karlsen də var.