Azərbaycanın qadın voleybolçulardan ibarət "Azərreyl" klubunun Çağırış Kubokunun 1/32 final mərhələsi çərçivəsində Slovakiyanın "Slaviya" kollektivinə qarşı keçirəcəyi matçları idarə edəcək hakimlər müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu gün Bakıdakı Voleybol Mərkəzində baş tutacaq ilk oyunda birinci hakim Hatice Ozmen Yıldız (Türkiyə), ikinci hakimi isə Simeon İvanov (Bolqarıstan) olacaq.
Noyabrın 30-da eyni məkanda təşkil olunacaq cavab matçında isə türkiyəli Hatice Ozmen Yıldız ikinci hakim, serbiyalı Aleksandra Balanjiç birinci hakim vəzifəsini yerinə yetirəcək.