Çempionlar Liqasının qrup mərhələsinin startı ərəfəsində Avropa Voleybol Konfederasiyası (CEV) Azərbaycan yığmasının kapitanı Ayşən Abduləzimovanın çıxış etdiyi Macarıstanın "Vaşaş" klubunun perspektivlərini dəyərləndirib.
Fanat.Az xəbər verir ki, qurumun rəsmi saytı “Vaşaş”ın dəfələrlə beynəlxalq arenada uğur qazandığını, lakin Çempionlar Liqasında qalibiyyətinin olmadığını qeyd edib.
“Macarıstan çempionu güclü komandalarla eyni qrupda yer alıb. Onlar özlərinin ən yaxşı keyfiyyətlərini nümayiş etdirməyə çalışacaq. Komanda qrupun autsayderi sayılsa da, favoritlərə problem yaratmaq gücündədi" deyə, - CEV vurğulayıb.
Qeyd edək ki, "Vaşaş"ın qrupdakı rəqibləri "Konegliano", "Rjeşov" (Polşa) və "Müluz" (Fransa) klublarıdır.