Qadın voleybolçulardan ibarət "Azərreyl" klubu bu gün Çağırış Kubokunda növbəti oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, komanda 1/32 final mərhələsinin cavab oyununda Slovakiya təmsilçisi "Slaviya" ilə üz-üzə gələcək.
Dərnəgül Voleybol Mərkəzində keçiriləcək qarşılaşma saat 18:00-da başlayacaq.
"Azərreyl" ilk qarşılaşmada rəqibini 3:1 hesabı ilə məğlub edib.