Hazırda klubsuz olan Kriştianu Ronaldunun karyerasını harada davam etdirəcəyi açıqlanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı nüfuzlu "Marca" nəşri yayıb.
Mənbə 37 yaşlı portuqaliyalı ulduzun artıq Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə şifahi razılığa gəldiyini bildirib. Xəbərə görə, Kriştianu DÇ-2022 başa çatandan sonra ərəblərlə rəsmi müqavilə imzalayacaq. Onun 2,5 illik anlaşmaya qol çəkəcəyi və hər mövsüm üçün 200 milyon avro alacağı vurğulanıb.
Nihat