Beynəlxalq Cüdo Federasiyası (IJF) Dünya Turu yarışlarının coğrafiyasını genişləndirməkdə davam edir.
Fanat.Az xəbər verir ki, qurum Avstriya Qran Prisinin növbəti mövsümdən təqvimə salınacağını açıqlayıb.
IJF ilə Avstriya Cüdo Federasiyası arasında müvafiq sazişə əsasən bu ölkədə Qran Pri ən azı 2026-cı ilədək təşkil olunacaq.
2023-cü ildə turnir 25-27 may tarixlərində ölkənin Linz şəhərində keçiriləcək.
Qeyd edək ki, bu il iki Qran Pri turniri baş tutub. Bunlardan biri Odivelasda (Portuqaliya), digəri Zaqrebdə (Xorvatiya) olub.