Voleybol üzrə kişi komandalar arasında Azərbaycan çempionu “Murov” bu gün Çağırış Kubokunun 1/8 final mərhələsində ilk oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, Fərid Cəlalovun çalışdırdığı kollektiv səfərdə Niderlandın “Orion” komandası ilə qarşılaşacaq.
Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, "Murov" bu mərhələyədək "Kitro Varazdin" (Xorvatiya) və "Qrats"ı (Avstriya) mübarizədən kənarlaşdırıb.