Qadın komandaların Çağırış Kubokunda 1/16 finala vəsiqə qazanan Azərbaycanın “Azərreyl” klubunun Almaniyanın “VFB Suhl Thüringen" komandası ilə oyunlarının tarixi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, komandaların ilk görüşü dekabrın 14-də ölkəmizdə, cavab matçı isə dekabrın 20-də Almaniyada baş tutacaq.
Qeyd edək ki, turnirin startında Eldar Yusubovun yetirmələri “Slaviya”ya (Slovakiya) hər iki oyunda qalib gəlib - 3:1, 3:0.