Dekabrın 3-4-də Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə ilin son "Böyük Dəbilqə" turniri keçiriləcək.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisi yarışa yalnız bir idmançı ilə qatılacaq.
Ölkəmizi "gündoğar ölkə" paytaxtında qadınların 48 kiloqram çəki dərəcəsində yer alan Leyla Əliyeva təmsil edəcək.
Turnirdə 61 ölkədən ümumilikdə 351 cüdoçu mübarizə aparacaq.