"Tottenhem"in baş məşqçisi Angelos Postekoqluna üzərində Harri Keynin adı olan "Bayern Münhen" forması təqdim olunub.
Fanat.Az xəbər verir ki, bu barədə jurnalist Çarli Ekkleşer sosial şəbəkə hesabında paylaşım edib.
Bunu almaniyalı jurnalistlərdən biri mətbuat konfransında edib. "Tottenhem"in baş məşqçisi onun hazırladığı formanı görəndə əsəbi reaksiya verib: "Bu qədər yolu özünə güldürmək üçün gəldin?"
Keyn cari transfer pəncərəsində "Tottenhem"i "Bayern Münhen"ə dəyişə bilər. İngilis hücumçunun London klubu ilə hazırkı müqaviləsinin müddəti 2023/2024 mövsümünün sonuna qədərdir. “Bayern” iyulun sonunda 30 yaşı tamam olacaq Keynin transferi üçün “Tottenhem”ə artıq iki təklif göndərib. Məbləği 100 milyona qaldırmağa razılaşan almanlar yaxın günlərdə üçüncü təkliflə çıxış edəcək.
Mirağa