Bu gün Azərbaycanın ilk təmsilçisi Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
Fanat.Az məlumatına görə, kamandan oxatma növündə Yaylagül Ramazanova nəyə qadir olduğunu göstərməyə çalışıb.
Sıralama turuna 30-cu cütdə başlayan təmsilçimiz 39-cu yeri tutub. O, 720 mümkün xaldan 647 xal toplayıb. Milli üzvü mövsümdə ən yaxşı nəticəsinə imza atıb.
İdmançımız 1/32 finalda Quxuan Anla (Çin) üz-üzə gələcək. Onun rəqibi sıralama turunda 656 xalla 26-cı olub.
Ramazanova Anla iyulun 30-da, Bakı vaxtı ilə 20:24-də qarşılaşacaq.