Serbiyalı tennisçi Novak Cokoviç Paris-2024 Yay Olimpiya Oyunlarında ikinci görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, 37 yaşlı təcrübəli idmançı 1/8 final mərhələsində Almaniya təmsilçisi Dominik Kyopferlə üz-üzə gəlib.
Qarşılaşma Cokoviçin qələbəsi ilə bitib - 2:0 (7:5, 6:3). O, 1/4 finalda yunanıstanlı Stefanos Tsitsipasla üz-üzə gələcək.