Belçika millisinin və "Çelsi"nin hücumçusu Romelu Lukakunun yeni klubu bəlli olub.
Fanat.Az xəbər verir ki, 31 yaşlı hücumçu İtaliyanın "Napoli" ilə müqavilə bağlayıb.
O, 2027-ci ilə qədər Neapol təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, son mövsümü icarə əsasında "Roma"da keçirən Lukaku 47 oyunda 21 qol vurub.