Tokio-2020 Yay Olimpiya Oyunlarında 400 metr məsafəyə sərbəst üsulla üzmək üzrə qızıl medal qazanan tunisli Əhməd Hafnauinin 21 ay müddətinə yarışlarda iştirakı qadağan edilib.
Fanat.Az xəbər verir ki, məlumatı "Reuters" yayıb.
İdmançının cəzalandırılmasının səbəbi onun olduğu yer haqqında məlumatın verilməsi qaydasını pozmasıdır. O, 12 ay ərzində üç dəfə bu qaydanı pozub.
Hafnauinin diskvalifikasiya gələn ilin 10 yanvar tarixinədək davam edəcək. İdmançının 2024-cü ilin 11 aprel tarixindən bəri göstərdiyi bütün nəticələr ləğv olunacaq.
Qeyd edək ki, Hafnaui 2023-cü ildə baş tutan dünya çempionatında (800 və 1500 metr məsafəyə sərbəst üsulla üzmək) iki qızıl medal qazanıb.