
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə Mingəçevir Reqatası-2026” beynəlxalq turniri start götürür.
Fanat.Az xəbər verir ki, bu gün başlayıb oktyabrın 1-də yekun vurulacaq ənənəvi reqatanın ilk günü Köndələnçay su anbarında baş tutacaq.
Yarışların rəsmi açılış mərasimi məhz Füzulidə keçiriləcək, burada kayak və kanoe üzrə 200 metr məsafəyə yürüşlər təşkil olunacaq. Həmçinin Füzuli sakinləri, xüsusilə uşaqlar və yeniyetmələr üçün müxtəlif şoular və əyləncəli viktorinalar keçiriləcək, həvəskar kayak qayıqlarında avarçəkmək imkanı yaradılacaq.
Növbəti iki gün reqata Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada bütün növlər üzrə yarışlar keçiriləcək və qaliblər müəyyənləşəcək.
Qeyd edək ki, “Mingəçevir Reqatası-2026”-da 12 ölkədən – Azərbaycan, Çexiya Respublikası, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox idmançı mübarizə aparacaq.