
"Arsenal" "Leypsiq"in vingeri Antonio Nusanı heyətinə qatmaq üçün yarışda ön sıraya keçib.
Fanat.Az "The Sun" nəşrinə istinadən xəbər verir ki, London klubu yayda 34 milyon funt sterlinqlik təklifi rədd edildikdən sonra 21 yaşlı futbolçuya olan marağını yanvar ayında yenidən rəsmiləşdirməyə hazırlaşır.
Lakin Almaniya təmsilçisi bu dəfə gənc ulduz üçün minimum 55 milyon funt sterlinq tələb edir.
Bu mövsüm keçirdiyi 6 oyunda 3 qol və 2 məhsuldar ötürmə ilə diqqət çəkən norveçli futbolçu digər Avropa nəhəngləri tərəfindən də izlənilir. "Topçular"ın qış transfer pəncərəsində bu sövdələşməni yekunlaşdırmaq üçün kəskin addımlar atacağı gözlənilir.