18:21 30.04.2022 642

\"Hidayət söz vermişdi ki, ...\" - AÇIQLAMA

"Yarışa yola düşməzdən öncə mənə söz vermişdi ki, qızıl medal gətirəcəyəm".

Bunu Fanat.Az-a açıqlamasında bu gün Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında qızıl medal qazanan Hidayət Heydərovun (73 kq) şəxsi məşqçisi Tərlan Həsənov deyib.

80 yaşlı mütəxəssis final görüşündən öncə yetirməsi ilə danışaraq ona tövsiyələr verdiyini bildirib:

"Əvvəlki görüşlərdəki səhvlərini diqqətinə çatdırdım. Dedim ki, qarşılaşmanın gedişində vəziyyət necə olur-olsun soyuqqanlığını itirmə. Gördüyünüz kimi, finalda iki xəbərdarlıq alsa da, təmkinini pozmadan güləşib məqamını gözlədi və sonda da qələbə qazandı. O, artıq ikiqat Avropa çempionudur. Çox sevinirəm. İnşallah, sabah da digər yetirməm Məmmədəli Mehdiyev, həmçinin Elmar Qasımovla Uşanqi Kokauri bizi sevindirər". 

Qeyd edək ki, Hidayət Heydərov ardıcıl olaraq Adam Stodolski (Polşa), Martin Hoyak (Sloveniya), Alexandru Rayku (Rumıniya) və Mark Xristova (Bolqarıstan) qalib gələrək qitə çempionatının finalına yüksəlib. 25 yaşlı idmançı həlledici görüşdə italiyalı Covanni Espositonu yenib və karyerasında ikinci dəfə Avropa çempionu olub. O, daha əvvəl 2017-ci ildə Polşanın paytaxtı Varşavada keçirilən qitə çempionatının qızıl medalını qazanıb. Cüdoçu 2018-ci ildə Təl-Əvivdə keçirilən analoji yarışın gümüş, 2019-da Minskdə təşkil olunan II Avropa Oyunlarının isə bürünc mükafatçısıdır. O, həmçinin 2018 və 2019-cu illərdə müvafiq olaraq Bakı və Tokioda baş tutan dünya çempionatlarının bürünc medalına sahib çıxıb.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

01 İyul 2025
01:05

Klublararası dünya çempionatı: "İnter"i İtaliyaya erkən göndərdilər

30 İyun 2025
23:50

Azərbaycanın 3 güləşçisi finala yüksəldi

23:15

Arda Turan "Fənərbağça"nın 2 futbolçusunu "Şaxtyor"a aparır - SON DURUM

22:41

"Biz bu mövsüm PSJ-ni artıq bir dəfə yenmişiksə..." - Leon Qoretska

22:02

Premyer Liqa klubu 5 futbolçu ilə yollarını ayırdı - ADLAR

21:40

Rəşad Sadıqov "Qarabağ"la oyundan nə danışdı?

21:14

"Futbolçuların hazırlıq səviyyəsi tam qaydasında deyil" - Qurban Qurbanov

20:55

"Milan" millinin üzvü ilə vidalaşdı

20:07

"Qarabağ" "Zirə"yə böyük hesabla qalib gəldi

19:49

Azərbaycan idmançısı Xorvatiyada medal qazandı

19:20

"Portu"nu italiyalı məşqçi çalışdıracaq

18:51

"Qocalıram, 23 yaşımın olduğuna inana bilmirəm" - Qvardiol

18:15

"Sabah"ın rəqibi yeni transfer reallaşdırdı

17:45

"Buna görə də ikinci yarıda daha cəsarətliydik" - Jordi Alba

17:28

Azərbaycan millisinin hücumçusu Polşa klubundan ayrıldı

17:09

Poqba "Monako"nu seçməsinin səbəbini belə izah etdi

16:51

UEFA iki klubu avrokuboklardan kənarlaşdırdı

16:33

Aspilikueta "Atletiko Madrid"i tərk etdi - RƏSMİ

16:15

"İnter"in daha bir ulduzu sıradan çıxdı - AÇIQLAMA

15:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:41

"İndi bütün diqqətimiz PSJ ilə oyuna yönəlib"

15:22

Maskerano PSJ-yə darmadağını şərh etdi - "Fərq nəzərə çarpırdı"

15:03

Azərbaycan millisinin Türkiyə toplanışı başa çatdı

14:45

"Sabah" legioneri ilə vidalaşdı

14:26

Azərbaycanlı hakim dünya çempionatına təyinat aldı

14:07

Amerikalı qadın Fransa klubunun prezidenti oldu

13:48

Dünya Kuboku: Azərbaycan gimnastlarından iki medal

13:29

İspaniya millisinin üzvü İtaliya yolunda - Danışıqlar başladı

13:10

"Neftçi" yeni sponsorluq müqaviləsi bağladı

12:52

"Bu, fəlakət olacaq, tükənəcəyik, klublararası dünya çempionatı bizi məhv edəcək" - Qvardiola

12:17

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:58

Gəncə komandası braziliyalı baş məşqçi ilə anlaşdı

11:40

"Kəpəz" daha 3 futbolçusu ilə vidalaşdı

11:22

"Onunla bağlı heç bir şübhəm yox idi" - Luis Enrike

11:03

Azərbaycan boksçusu beynəlxalq turnirdə gümüş medal qazandı

10:44

Xilaskar məşqçi qovuldu - "Bu, ayıbdır"

10:25

"Qarabağ"la "Zirə" sınaq matçında qarşılaşırlar

09:45

Kristensen "Barsa"dan getmək istəmir

09:23

Klublararası dünya çempionatı: "İnter" braziliyalılarla, "Mançester Siti" ərəblərlə qarşılaşır

09:00

"Messi komanda yoldaşlarıyla yox, heykəllərlə oynayır" - Zlatan İbrahimoviç

Facebookdan bizi izləməyi unutmayın.
X