Azərbaycanın daha üç para-atleti İsveçrənin Nottvil şəhərində keçirilən Qran-Pridə medal qazanıb.
Fanat.Az xəbər verir ki, nüvə itələmə növündə çıxış edən idmançılarımızdan Elvin Astanov (F53) və Oloxan Musayev (F55) qızıl medala sahib çıxıblar. Tokio-2020 Yay Paralimpiya Oyunlarının qalibi olan Astanov 8.28, Pekin-2008 Paralimpiadasının çempionu Musayev isə 10.43 metr nəticə göstərib.
Digər təmsilçimiz Arzuman Paxırov (F55) isə 7.25 metr nəticə ilə gümüş medalçı olub.
Qeyd edək ki, daha əvvəl Samir Nəbiyev (nüvəitələmə, F57) yarışın qızıl medalını qazanıb.