Türkiyənin "Kayserispor” klubu baş məşqçisi Dan Petrekcu ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, rumın mütəxəssisin ailəvi məsələlərlə əlaqədar komandadan ayrılmaq istədiyib. Buna görə də onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Petresku "Kayserispor”a bu il yanvarın 4-də baş məşqçi təyin olunmuş və 2.5 illik müqaviləyə imza atmışdı.
Fanat.Az