"Sabahın Ulduzları": "Neftçi" "bürünc"ü əldən verdi, "Qarabağ" "lotoreya"da sevindi - FOTOLAR

"Sabahın Ulduzları": "Neftçi" "bürünc"ü əldən verdi, "Qarabağ" "lotoreya"da sevindi - FOTOLAR

“Sabahın Ulduzları” Bakı Kubokunda həm U-14, həm də U-15 yaş qrupunda 3-cü yerin sahibləri müəyyənləşib. Fanat.Az xəbər verir ki, bürünc medallar uğrunda oyunlar gərginliyi ilə yadda qalıb. U-14 yaş qrupunda “Neftçi” ilə “Ulduz” üz-üzə gəlib. "Ağ-qaralar" ilk yarıda 0:3 hesabı ilə geri düşdüyü matçın ikinci hissəsində 2 qol vursa da, ümumi hesabda 2:4 məğlub olaraq 4-cü yerlə kifayətlənib. Beləliklə, U-14 yaş qrupunda “Ulduz” 3-cü yeri tutaraq bürünc medalları qazanıb. U-15 yaş qrupuna gəlincə, “Qarabağ” ilə EFA-nın duelində qalib penaltilər seriyasında bəlli olub. Əsas vaxtda 2:2, əlavə vaxtda 3:3 nəticələnən qarşılaşmada "lotoreya"nı Ağdam təmsilçisi qazanıb. Nəticədə U-15 yaş qrupunda “Qarabağ” 3-cü yeri, EFA isə 4-cü yeri tutub. Sabahın Ulduzları 3-cü yer uğrunda oyunlar 29 sentyabr U-14 “Neftçi” – “Ulduz” 2:4 Qollar: Bəxtiyar Bayramlı, 46. Adil Şabanov, 60 - Hünər Səmədli, 6, 10,19. Said Statema, 69. U-15 “Qarabağ” – EFA 2:2 (əlavə vaxtda 3:3, penaltilərlə - 6:5) Qollar: Əli Məmmədzadə, 2. Raul Hüseynli, 47. Məhəmməd Bağırov, 99 - Ömər Osmanlı, 41. Hüseyn Novruzlu, 55. Şahin Qasımzadə, 101.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər