Serbiyada şahmat üzrə Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, yarışda 4 tur geridə qalıb.
Qitə çempionatında Azərbaycanın 19 təmsilçisi mübarizə aparır. Bunlar Nicat Abasov, Eltac Səfərli, Aydın Süleymanlı, Misrətdin İsgəndərov, Vüqar Əsədli, Məhəmməd Muradlı, Namiq Quliyev, Vüqar Rəsulov, Abdulla Qədimbəyli, Əhməd Əhmədzadə, Ülvi Sadıxov, Xəzər Babazadə, Riad Səmədov , Vüqar Manafov, Nail Bəşirli, Elmar Atakişiyev, Xaqan Əhməd, Ülviyyə Fətəliyeva və Şahin Vəliyevdir.
Şahmatçılarımızdan ən yaxşı göstəriciyə E.Səfərli sahibdir. Malsimum nəticə göstərən 31 yaşlı qrossmeyster eyni xala malik digər iki şahmatçını əlavə göstəricilərə görə qabaqlayaraq lider mövqeyində qərarlaşıb.
Avropa çempionatı
4-cü tur
Nikolozi Kaçarava (Gürcüstan) – Eltac Səfərli 0:1
Aydın Süleymanlı - Aleksandr Predke (Almaniya) 0,5:0,5
Aleksey Sarana (FIDE) – Məhəmməd Muradlı 1:0
Vüqar Rəsulov - Aleksandr İndiç (Serbiya) 0,5:0,5
Nicat Abasov – Sabino Brunello (İtaliya) 1:0
İqor Samulenkov (Ukrayna) - Vüqar Əsədli 0,5:0,5
Luka Moroni (İtaliya) - Ülvi Sadıxov 0,5:0,5
Aleksandr Raxmanov (FİDE) – Ülviyyə Fətəliyeva 1:0
Misrətdin İsgəndərov – Blazo Kaleziç (Monteneqro) 1:0
Namiq Quliyev – Nikola Kanov (Bolqarıstan) 1:0
Abdulla Qədimbəyli - Artyom Uskov (FİDE) 0,5:0,5
Vüqar Manafov - Oskar Viçzorek (Polşa) 0,5:0,5
Xəzər Babazadə – Yatsek Şved (Polşa) 1:0
Elmar Atakişiyev - Mixail Briakin (FİDE) 0,5:0,5
Riad Səmədov – Marko Qalana (İtaliya) 1:0
Romen Fogel (Almaniya) – Xaqan Əhməd 0:1
Maksim Çiqayev (FİDE) – Nail Bəşirli 1:0
Əhməd Əhmədzadə – Marko İvanoviç (Serbiya) 1:0
Valeri Neverov (Ukrayna) – Şahin Vəliyev 1:0
Turnir cədvəli: Eltac Səfərli, Anton Korobov (Ukrayna), Ruslan Ponomaryov (Ukrayna) - hərəyə 4 xal.