Petrovaçda (Monteneqro) qadınlar arasında şahmat üzrə Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, yarışda bu gün 9-cu turun görüşləri keçiriləcək.
AÇ-də 14 azərbaycanlı iti zəka sahibi iştirak edir. Bunlar Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Xəyalə Abdulla, Səbinə İbrahimova, Ayan Allahverdiyeva, Ləman Hacıyeva, Nərmin Abdinova, Mələk İsmayıl, Nazlı Hümbətova və Lalə Hüseynovadır.
Yarış İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və yayda Bakıda keçiriləcək Dünya Kubokuna seçim xarakteri daşıyır. Gülnar Məmmədova, Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva ötən illərin qitə birinciliklərinin nəticələrinə görə Dünya Kubokuna vəsiqə qazanıblar. Gövhər Beydullayeva isə gənclər arasında dünya çempionatının qalibi kimi bu hüquqa yiyələnib.
Qeyd edək ki, ötən il Avropa çempionatında Məmmədzadə gümüş, Fətəliyeva isə bürünc medal qazanıb.
Avropa çempionatı
IX tur
Gövhər Beydullayeva - Yelizaveta Xrebenşçikova (Ukrayna)
Günay Məmmədzadə - Salomea Zaksaite (Litva)
Aleksandra Lax (Polşa) - Gülnar Məmmədova
Karina Sifka (Polşa) - Xəyalə Abdulla
Yevgeniya Ovod (FİDE) - Türkan Məmmədyarova
Sofiya Poqorelskix (Serbiya) - Ülviyyə Fətəliyeva
Nərmin Abdinova - Vaida Lazarne (Macarıstan)
Səbinə İbrahimova - Nikolina Kolzeviç (Monteneqro)
Nikola Mayhuber (Avstriya) - Mələk İsmayıl
Emma Valter (Sloveniya) - Ayan Allahverdiyeva
Ləman Hacıyeva - Aqnes Ter-Avetisyan (Latviya)
Lalə Hüseynova - Yekaterina Pavlidu (Yunanıstan)
İona Reçika (Kosovo) - Nazlı Hümbətova
Turnir cədvəli: 1. Aleksandra Maltsevskaya (Polşa), 2. Meri Arabidze (Gürcüstan), 3. Oliviya Kiolbasa (Polşa) - 6, 24. Beydullayeva - 5.