Beynəlxalq Şahmat Federasiyası (FIDE) aprel ayı üçün reytinq cədvəlini açıqlayıb.
Fanat.Az xəbər verir ki, ilk "10-luq"da Azərbaycandan yalnız Teymur Rəcəbov yer alıb. O, 2747 xalla 10-cu sıradakı mövqeyini qoruyub. Şəhriyar Məmmədyarov isə 2738 xalla bir pillə geriləyərək 16-cıdır.
Qədir Hüseynov (2661) 4 pilləlik irəliləyişlə 79-cu sıraya yüksəlib. Rauf Məmmədov (2646) isə 100-cü sıradan 98-ci pilləyə qalxıb.
Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2853) başçılıq edir. Rusiyalı Yan Nepomnyaşi (2795) ikinci, çinli Dinq Liren (2788) üçüncüdür.
Qadın şahmatçılardan Günay Məmmədzadə (2449) 23-cü, Ülviyyə Fətəliyeva (2401) 52-ci, Gövhər Beydullayeva (2375) 71-ci, Gülnar Məmmədova (2349) 96-cı yerdə qərar tutub.