Macarıstanın paytaxtı Budapeştdə start götürən 45-ci Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıb.
Fanat.Az xəbər verir ki, I turda İordaniya ilə qarşılaşan yığmamız rəqibini 3,5:0,5 hesabı ilə məğlub edib.
Aydın Süleymanlı – Əl Hatib-Əhməd 1:0
Nicat Abasov – Samir Loay 1:0
Rauf Məmmədov – Malik Saef 1:0
Şəhriyar Məmmədyarov – Anas Hvaira 0,5:0,5
Qeyd edək ki, qadınlardan ibarət komandamız Nikaraquanı yenib - 4:0. Kapitanı Mixail Şereşevski olan qadınlardan ibarət kollektiv Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədovan ibarətdir.