
Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadası davam edir.
Fanat.Az xəbər verir ki, Azərbaycan milliləri bu gün növbəti oyunlarını keçirəcəklər.
Kişilərdən (Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərli) ibarət yığma 9-cu tur çərçivəsində Ermənistanla üz-üzə gələcək.
Qadınlar (Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova) isə Çexiyadan olan həmcinsləri ilə üz-üzə gələcəklər.
8 turdan sonra kişilərdən ibarət kollektiv 13 xalla 5-ci, qadınlardan ibarət milli isə 11 xalla 21-ci pillədə qərarlaşıb.
Kişilərdən ibarət milli Mərakeşi (4:0), Filippini (3:1), İsveçrəni (3:1), Argentinanı (2.5:1.5) və Yunanıstanı (3.5:0.5) məğlub edib, Çexiya (2:2), Rumıniya (2:2) və Hindistanla (2:2) xal bölgüsünə razılaşıb. Zərif cinsdən olan zəka ustalarımız isə Qvatemala (4:0), Danimarka (4:0), İsveç (2.5:1.5), İngiltərə (2.5:1.5) və Serbiyanı (3:1) üstələyib, Argentina ilə (2:2) heç-heçə edib və Qazaxıstanla (1.5:2.5) Ermənistana (1.5:2.5) uduzub.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.
Mirağa