Martın 12-də qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının səkkizinci turunun oyunları keçirilib.
Turnir cədvəlinin lideri Xanım Balacayeva növbəti turda daha bir qələbə qazanaraq xalların sayını 6,5-ə çatdırıb. O, bu nəticə ilə ən yaxın izləyicisi olan Gövhər Beydullayevanı 1 xal qabaqlayır. Şahmatçıya çempionatın qalibi olması üçün son turda yarım xal kifayət edir.
Turnirin digər iştirakçıları-Gülnar Məmmədova 5, Türkan Məmmədyarova 4,5, Zeynəb Məmmədyarova 4, Ayan Allahverdiyeva, Xəyalə Abdulla 3,5, Mələk İsmayıl 3, Ülviyyə Fətəliyeva 2,5, Səbinə Rzalı 2 xal toplayıblar.
Doqquz turdan ibarət turnir dairəvi sistem üzrə keçirilir. //AzərTAc