Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Şarja Şahmat Klubunun təşkil etdiyi onlayn turnirdə oynayacaq.
Fanat.Az FIDE-nin rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, 35 yaşlı qrossmeysterlə yanaşı, turnirə Saleh Salem, Pentala Harikrişna, Bassem Amin, Rustam Kasımcanov, Radoslav Voytaşek qatılacaq. Onlar rapid növündə mübarizə aparacaqlar.
12-13 iyunda keçiriləcək yarış ərəb dünyasının ən güclü şahmat turnirlərindən hesab olunur. Mükafat fondu 10 min ABŞ dollarıdır.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol