Beynəlxalq Şahmat Federasiyası (FIDE) şahmatçıların yeni reytinq siyahısını açıqlayıb.
Fanat.Az xəbər verir ki, ilk "10-luq"da yalnız bir Azərbaycan təmsilçisi yer alıb. Son dünya kubokunun qalibi Teymur Rəcəbov (2765 xal) 9-cu pillədəki yerini qoruyub.
Şəhriyar Məmmədyarov (2764) 11-ci pillədə qərarlaşıb. Qədir Hüseynov (2665) 72-ci, Nicat Abbasov (2664) 74-cü, Rauf Məmmədov (2654) 89-cu pilləni tutub.
Kişi şahmatçıların reytinq cədvəlinə Norveç təmsilçisi Maqnus Karlsen (2863) başçılıq edir. ABŞ nümayəndəsi Fabiano Karuana (2835) 2-ci, Çin şahmatçısı Dinq Liren (2791) 3-cüdü.
Qadın şahmatçılarımızdan Günay Məmmədzadə (2443 xal) 29-cu, Gülnar Məmmədova (2382) 76-cı, qadınlar arasında son Azərbaycan çempionu Xanım Balacayeva (2376) 86-cı sırada qərarlaşıblar.
Fanat.Az