Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi rapid üzrə seriya turnirinin final yarışı başa çatıb.
Fanat.Az xəbər verir ki, həlledici mərhələdə amerikalı Hikaru Nakamuranı məğlub edən qrossmeyster turnirin qalibi olub.
Beş yarışdan ibarət seriya turnirinin bir mərhələsində Rusiya təmsilçisi Daniel Dubov, qalan mərhələlərdə isə M.Karlsen qalib gəlib. Turnirin üçüncü mərhələsinin B qrupunda mübarizə aparan Azərbaycan şahmatçısı Teymur Rəcəbov məğlub olduğu üçün yarışda iştirakını dayandırıb.
Turnirin mükafat fondu 1 milyon ABŞ dolları olub.
Fanat.Az