Ümumdünya Şahmat Olimpiadasının top divizionunda qrup mərhələsinin ən yaxşı oyunçularının adları açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu haqda Beynəlxalq Şahmat Federasiyasının rəsmi saytı məlumat yayıb. Siyahıda Azərbaycan qrossmeysterləri də var.
B qrupunda mübarizə aparan yığma üzvlərindən 1-ci lövhədə Şəhriyar Məmmədyarov 3,5, 2-ci lövhədə Rauf Məmmədov 6, 3-cü lövhədə isə Günay Məmmədzadə 5 xalla zirvədə yer alıb.
Məmmədov eyni zamanda qrup mərhələsinin rəmzi yığmasına da düşüb. O, 12 nəfərlik siyahıda yalnız polşalı Yan-Kşiştof Dudadan (7 xal) geri qalır.
Azərbaycan millisi Ümumdünya Şahmat Olimpiadasının top divizionunda qrup oyunlarını lider kimi başa vuraraq birbaşa 1/4 finala vəsiqə qazanıb.
Fanat.Az