16:24 11.01.2021 951

Mahir Məmmədov Vüqar Həşimovu yad etdi

"Vüqar Həşimov Ulu Öndər Heydər Əliyev tərəfindən yetişdirilən dahi və görkəmli nəslin ən yaddaqalan, uğurlu şahmatçılarından biri idi. Vüqar Teymur Rəcəbov kimi böyük məktəb keçmişdi. Baxmayaraq ki, hər ikisi SSRİ-də yalnız uşaqlıq illərini yaşayıblar".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov mərhum şahmatçı Vüqar Həşimov haqqında danışarkən deyib.

Federasiya rəsmisi bildirib ki, Rəcəbov və Həşimovun şahmat tərbiyələri valideynlərinin sayəsində Azərbaycan ilə SSRİ şahmat məktəbləri ənənələri üstündə qurulub: "Onların oyunu başqa şahmatçılardan fundamentallığı və digər cəhətlərinə görə seçilirdi. Vüqar Həşimovin uğurları gənc yaşlarından gözə çarpırdı. Ulu Öndərin onları 1998-ci ildə qəbul etməsi bu nəslin karyerasına böyük təkan verdi. Şahmatçılar, onların ailələri və məşqçiləri bu etimadı doğrultdular və Azərbaycana çoxlu qələbələr gətirdilər. Bu yaxınlar dövlət televiziyasında verilişlərin birində Azərbaycan şahmatına gətirilən ilk böyük rəsmi qələbəni xatırladım. Bu da Teymur Rəcəbov, Şəhriyyar Məmmədyarov və digərlərinin yox, Vüqar Həşimovun adına yazılıb. Vüqar Həşimov 2008-ci ildə FIDE tarixində ilk dəfə təşkil edilmiş Qran-pri turnirlər silsiləsinin birinci mərhələsində qələbə qazanıb. İlk Qran-prinin birinci mərhələsi Bakıda oldu. Həmin il Prezident İlham Əliyev Şahmatın İnkişafına dair 2008 - 2014-cü illəri əhatə edən Dövlət Proqramını qəbul etdi. Həmin vaxt Vüqar Həşimov Qran-prinin Bakıdakı birinci mərhələsinin qalibi oldu".

Məmmədovun sözlərinə görə, Həşimov həmin vaxt qələbə sevincini Maqnus Karlsenlə bölüşüb: "Vüqar Həşimov ilk Qran-prinin ilk mərhələsində irəli çıxmışdı. Sonradan isə özünü 2009-cu ildə Azərbaycan millisi ilə Avropa çempionatında göstərdi. Həmin vaxt bütün komanda məşqçilərlə birlikdə böyük səylə çalışırdı. Buna baxmayaraq, qələbənin son nöqtəsini Vüqar Həşimov qoydu. Bu kadrlar da hamının yadındadır. 2009-cu ildə Vüqarın başqa uğurları da oldu. Əfsuslar olsun ki, onu uzun sürən ağır xəstəlikdən itirdik. Özü və valideynləri əmzkarlıqla mübarizə aparırdılar. Bilirəm ki, Prezident İlham Əliyevin göstərişi ilə dövlət də Vüqara xeyli kömək etdi və onun müalicəsi üçün bütün xərclər ödənilirdi. Xəstəlik daha qəddar oldu və Vüqarı bizim sıralarımızdan aldı. Vüqar Həşimov xatirəmizdə qalıb və hər zaman qalacaq".

Qeyd edək ki, Vüqar Həşimov 11 yanvar 2014-cü ildə 28 yaşında ikən vəfat edib.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

Facebookdan bizi izləməyi unutmayın.
X