Bu gün "Champions Chess Tour” çərçivəsində keçirilən "Opera Euro Rapid” turnirinə yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, mükafat fondu 100 min ABŞ dolları olan yarışın son günündə final və 3-cü yer uğrunda ikinci matçlar keçiriləcək.
Üçüncülük uğrunda mübarizə aparan Azərbaycan şahmatçısı Teymur Rəcəbov fransalı Maksim Vaşye-Laqravla ikinci sınağına çıxacaq. Bir gün öncə 2,5:1,5 hesabı ilə qalib gələn qrossmeysterimizə 4 partiyalı matçda heç-heçə də kifayətdir. Təmsilçimiz uduzsa, şahmatçıları tay-brek gözləyir.
Turnirin qalibi isə ABŞ şahmatçısı Uesli So və norveçli dünya çempionu Maqnus Karlsen arasında matçda bəlli olacaq. İlk gündə heç-heçə edən (2:2) rəqiblər birincilik üçün mübarizə aparacaq.
"Opera Euro Rapid”
3-cü yer uğrunda, ikinci matç
14 fevral
20:00. Teymur Rəcəbov (Azərbaycan) - Maksim Vaşye-Laqrav (Fransa)
Fanat.Az