Rumıniyanın paytaxtı Buxarestdə keçirilən "Superbet Chess Classic” turnirində Azərbaycan şahmatçıları növbəti görüşlərini keçirib.
Fanat.Az xəbər verir ki, Şəhriyar Məmmədyarov ağ fiqurlarla bu ildən ABŞ-ı təmsil edən erməniylə - Levon Aronyanla qarşılaşıb və qələbə qazanıb.
Azərbaycanın digər şahmatçısı Teymur Rəcəbov qara fiqurlarla Boqdan Daniel Dyakla (Rumıniya) heç-heçə oynayıb.
Bu nəticələrdən sonra Məmmədyarov xalını 4-ə çatdıraraq, Aleksandr Qrişukla (Rusiya) birgə liderliyini davam etdirir. Rəcəbov isə 3 xalla 4-cü yerdə gedir.
Fanat.Az