Şahmatçımız Teymur Rəcəbov Fransanın paytaxtı Parisdə təşkil olunan rapid üzrə "Grand Chess Tour" seriyasının ikinci mərhələsində ilk görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, qrossmeyster Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşıb.
Ağ fiqurlarla oynayan Rəcəbov 25-ci gedişdə rəqibi ilə heç-heçəyə razılaşıb.
Qeyd edək ki, 34 yaşlı şahmatçı bu gün daha 4 görüşdə qüvvəsini sınayacaq. O, ardıcıl olaraq, Maksim Vaşye-Laqrav (Fransa), Alireza Firuzca (FIDE), Pyotr Svidler (Rusiya) və Uesli So ilə üz-üzə gələcək.
Fanat.Az