Rusiyanın Soçi şəhərində keçirilən şahmat üzrə kişi və qadınlar arasında Dünya Kuboku davam edir.
Fanat.Az xəbər verir ki, bu gün şahmatçımız Gülnar Məmmədova tay-brek görüşlərini keçirib. Klassik partiyalarda estoniyalı Mai Narva ilə bərabərə qalan təmsilçimiz, sürətli şahmatda rəqibinə qalib gəlib (0,5:0,5, 0,5:0,5, 0:1, 1:0, 1:0, 0,5:0,5). O, növbəti mərhələdə (1/32 final) gürcüstanlı Lela Cavaxişvili ilə üz-üzə gələcək.
Qeyd edək ki, mükafat fondu 1 milyon 892 500 ABŞ dolları olan turnirə 7 şahmatçımız (3 kişi, 4 qadın) qatılıb. Təmsilçilərimizdən Türkan Məmmədyarova və Ülviyyə Fətəliyeva ilk mərhələdə məğlub olaraq mübarizəni dayandırıb.
Sahib Əsədbəyli