Rusiyanın Soçi şəhərində şahmat üzrə Dünya Kuboku davam edir.
Fanat.Az xəbər verir ki, bu gün ikinci mərhələ çərçivəsində tay-brek görüşləri keçiriləcək.
Klassik partiyaları heç-heçə başa vuran hər üç kişi şahmatçımız - Şəhriyar Məmmədyarov, Nicat Abbasov və Vaasif Durarbəyli, qadınların turnirində isə Gülnar Məmmədova rəqiblərinin müqavimətini sürətli şahmatda qırmağa çalışacaq.
Qarşılaşmalar Bakı vaxtı ilə 16:00-da start götürəcək.
Kişilər
1/64 final
Şəhriyar Məmmədyarov - Qriqor Mxitaryan(Braziliya) (0,5:0,5, 0,5:0,5)
Nicat Abbasov - Şant Sarkisyan(Ermənistan) (0,5:0,5, 0,5:0,5)
Vasif Durarbəyli - Aleksandr Predke(Rusiya) (0,5:0,5, 0,5:0,5)
Qadınlar
1/32 final
Gülnar Məmmədova - Lela Cavaxişvili(Gürcüstan) (0,5:0,5, 0,5:0,5)
Qeyd edək ki, mükafat fondu 1 milyon 892 500 ABŞ dolları olan Dünya Kubokuna 7 şahmatçımız (3 kişi, 4 qadın) qatılıb. Qadın təmsilçilərimizdən Günay Məmmədzadə 1/16 finalda mübarizəni davam etdirəcək. Türkan Məmmədyarova ilə Ülviyyə Fətəliyeva isə ilk mərhələdə məğlub olublar.
Sahib Əsədbəyli