Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun 8-ci mərhələsinin iştirakçıları müəyyənləşib.
Fanat.Az xəbər verir ki, "Chessable Masters” adlanan turnirə azərbaycanlı zəka sahibi Şəhriyar Məmmədyarov da qatılacaq. Teymur Rəcəbovun adı isə siyahıya salınmayıb.
Turnirdə iştirak edəcək 16 şahmatçıdan 13-nün adı açıqlanıb. Siyahıda 12 yaşında qrossmeyster adını qazanmış ABŞ təmsilçisi Abhimanyu Mişra da var. Digər 3 şahmatçı daha sonra bəlli olacaq.
Qeyd edək ki, iyulun 31-də start götürəcək onlayn turnir avqustun 8-də başa çatacaq. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır. Qalib şahmatçı 30 min dollar qazanacaq.