Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VIII mərhələsi ("Chessable Masters") start götürür.
Fanat.Az xəbər verir ki, 16 qrossmeysterin iştirak etdiyi turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edəcək.
Onlayn yarışda bu gün ilk 5 turun görüşləri oynanılacaq.
36 yaşlı qrossmeysterimiz də turnirdə ilk qarşılaşmalarını keçirəcək.
1-ci tur
Şəhriyar Məmmədyarov - Eduardo İtturizaqa (İspaniya)
2-ci tur
Yu Vençjun (Çin) - Şəhriyar Məmmədyarov
3-cü tur
Şəhriyar Məmmədyarov - Vladislav Artemyev (Rusiya)
4-cü tur
Pentala Harikrişna (Hindistan) - Şəhriyar Məmmədyarov
5-ci tur
Şəhriyar Məmmədyarov - David Anton Quicarro (İspaniya)
Qeyd edək ki, turnir avqustun 8-də yekunlaşacaq. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır. Qalib şahmatçı 30 min dollar qazanacaq.