ABŞ-ın Sent-Luis şəhərində şahmat üzrə "Sinquefield Cup" (Sinkfild Kuboku) turniri start götürüb.
Fanat.Az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov turnirdə ilk görüşünü keçirib.
36 yaşlı qrossmeysterimiz qara fiqurlarla ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gəlib. Tərəflər 50-ci gedişdə "sülh bağlayıb".
Qeyd edək ki, turnirə avqustun 27-də yekun vurulacaq. Ümumi mükafat fondu 325 min dollardır. Qalib 90 min dollar qazanacaq.
"Sinquefield Cup"
I tur
Uesli So (ABŞ) - Şəhriyar Məmmədyarov 0,5:0,5
Maksim Vaşye-Laqrav (Fransa) - Pyotr Svidler (Rusiya) 1:0
Ceffri Şonq (ABŞ) - Rixard Rapport (Macarıstan) 0,5:0,5
Fabiano Karuana (ABŞ) - Sem Şenklend (ABŞ) 1:0
Dariuş Sverç (ABŞ) - Lenyer Dominqes (ABŞ) 0:1
Sahib Əsədbəyli