Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, bu gün onuncu turun görüşləri baş tutacaq.
Təmsilçilərimizdən ən yaxşı göstəriciyə sahib Gülnar Məmmədova rusiyalı Aleksandra Maltsevskaya ilə münasibətləri aydınlaşdırıacaq.
Altı turdan sonra liderlər qrupunda olsa da, sonradan uğursuzluq zolağına düşərək 21-ci sıraya enən yarışın dördüncü ən reytinqli şahmatçısı Günay Məmmədzadə almaniyalı Lara Şulzla üz-üzə gələcək.
Gövhər Beydullayeva Olqa Qirya, Türkan Məmmədyarova Anna Qvançeladze, Nəsrin Babayeva Dina Belenkaya (hamısı Rusiya), Ülviyyə Fətəliyeva Gergena Peyçeva (ECU), Zeynəb Məmmədyarova Lilit Mkrtçyan (Ermənistan), Xanım Balacayeva Yekatirini Pavlidu (Yunanıstan), Xəyalə Abdulla Stefani Matasaru (Rumıniya), Ayan Allahverdiyeva Nia Donqxvani (Gürcüstan) ilə qarşılaşacaq.
Görüşlər Bakı vaxtı ilə 16:00-da başlayacaq.
Doqquz turdan sonra hesabında 6 xal olan Gülnar Məmmədova 12-ci yerdə qərarlaşıb. Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva 5,5 xalla 21-23-cü yerləri bölüşürlər. Xanım Balacayeva və Zeynəb Məmmədyarova aktivinə 5, Türkan Məmmədyarova 4,5, Nəsrin Babayeva, Xəyalə Abdulla 4, Ayan Allahverdiyeva 3,5 xal yaza bilib.
Turnir cədvəlinə 7,5 xalla ukraynalı Yuliya Osmak başçılıq edir.
Qeyd edək ki, Avropa çempionatına 11 turdan sonra - avqustun 20-də yekun vurulacaq. Yarışın mükafat fondu 60 min avrodur.
Sahib Əsədbəyli